Yüklənir, xahiş edirik gözləyin
AZ

"Zeyxur" xalça naxışlı kolleksiya

Qədim 'Zeyxur' xalçası Quba xalçaçılıq məktəbinə aiddir. Bu xalça Azərbaycanın Quba rayonunun kəndlərində əl ilə toxunur.

Keyfiyyətlə seçilən məhsullar.

İşimizə sevgiylə yanaşırıq.

Şəbəkəli çester - evinizə rəng qatın

Quruluş: cotton half panama
Ölçülər (ExDxH): 125 x 100 x 80 sm

Yastıqlar / Nağıllar kolleksiyası - 99 AZN

Material: qaz tükü, cotton half panama
Ölçülər (ExH): 45x60sm 
Rəssam:
 Arif Hüseynov

Müştəri sözü

Müştərilərimizin məmnunluğu bizim ən böyük dəyərimizdir

Həsən stulu

Rəssam: Orxan Hüseynov

Quruluş: palıd, heavy dupion 
Ölçülər (ExDxH): 60 x 64 x 102 sm
Qiymət: 550 AZN

CHELEBI Furniture & Décor şirkətini yaratmış iki gənc rəssam - Aida Mahmudova və Fərid Rəsulovun ilham qaynağı zəngin Azərbaycan mədəniyyətidir. Özünəməxsus üslubları ilə seçilən rəssamlar dekorativ-tətbiqi sənətlə bağlı ideyalarını birləşdirərək yalnız Azərbaycana xas olan estetikanı mebel dünyasına gətirməyə müvəffəq olublar. Nəticədə həqiqətən də müasir üslublu mebellər meydana çıxıb.

Şirkət rəhbərləri gözəl, orijinal və məhdud sayda olan ev əşyalarını yaratmaq üçün müxtəlif yerli və xarici dizayner, illüstrator, rəssam və ustaları əməkdaşlığa cəlb ediblər. Azərbaycanın mədəniyyət tarixini özündə əks etdirən nüanslardan yararlanaraq ərsəyə gətirilən yeni mebel seriyasının evlərin ən sevimli əşyalarına çevriləcəyi şübhə doğurmur.

CHELEBI şirkəti öz adını füsunkar naxışları ilə tanınan xalçaların vətəni Qarabağın Çələbi kəndindən götürüb. 

Şirkət mebel, işıqlandırma əşyaları, divar kağızı, tekstil, həmçinin, yastıq, keramika, güzgü kimi aksessuarlar təklif edir. Bu əşyaları Azərbaycanın ənənəvi naxışları və milli folklor epizodları bəzəyir. Şirkətin dizayn konsepsiyasına görə, milli motivlərdən istifadə iki məqsəd daşıyır: vizual baxımdan cəlbedici olmaq və eyni zamanda, rəngarəng, işıqlı uşaqlıq xatirələri ilə gündəlik həyatımızı bəzəmək. 

Mebellərin əksəriyyəti forma etibarilə klassik olmaqla yanaşı, həm də zövqlə tərtib edilib.  CHELEBI yerli sənətkarları əl işlərini yaradarkən milli tətbiqi incəsənət üslublarından istifadə etməyə  həvəsləndirir. Bəzi mebellərin üzərində məşhur Azərbaycan rəssamlarının əsərlərini də görmək mümkündür. Lakin naxış dizaynlarının əksəriyyəti məhz CHELEBI üçün sifarişlə yaradılır.  Milli musiqi alətləri, naxışlar, nağıllar, atalar sözləri, eyni zamanda, meyvələr, bitkilər, ov quşları naxış dizaynları kolleksiyasının əsas mövzularıdır.

Məhsullar

E-KATALOQ

YÜKLƏ

Media

Əlaqə

Port Baku, Üzeyir Hacıbəyov küç. 151 

Tel: +99412 505 05 51
Mob: +99450 254 50 05
info@chelebi.az

GÖNDƏR